ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin edilib

ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin edilib
# 26 mart 2020 13:42 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib.

APA-nın məlumatına görə, ATU-nun rektoru Gəray Gəraybəylinin 23.03.2020-ci il tarixli 76 N-li əmrinə əsasən, o, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.

Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR