Ağdamda hərbi qulluq keçən əsgər və zabitlərə ərzaq məhsulları və gigiyena vasitələrindən ibarət bağlamalar təqdim olunub - FOTO

Ağdamda hərbi qulluq keçən əsgər və zabitlərə ərzaq məhsulları və gigiyena vasitələrindən ibarət bağlamalar təqdim olunub - FOTO
# 25 dekabr 2020 16:30 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, aksiya çərçivəsində bu gün Ağdam rayonu ərazisində hərbi xidmətini davam etdirən hərbi qulluqçulara içərisində ərzaq məhsulları, müxtəlif gigiyena və fərdi qulluq vasitələri olan bağlamalar təqdim olunub.

“Bravo” supermarketlər şəbəkəsinin əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydlər aparıblar.

Əsgər və zabitlər diqqət və qayğıya, habelə orduya dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR