Azərbaycanda həkimlər üçün yeni "Doctonline" görüş sistemi istifadəyə verilib - FOTO

Azərbaycanda həkimlər üçün yeni "Doctonline" görüş sistemi istifadəyə verilib - FOTO
# 17 dekabr 2020 10:00 (UTC +04:00)

COVID-19 pandemiyası ilə mübarizə ərəfəsində Azərbaycanda həkimlər üçün “Doctonline” adlı yeni onlayn görüş sistemi istifadəyə verilib.

APA-nın xəbərinə görə, insanların həkimlərlə ünsiyyətinə daha çox tələbatın olduğu zamanda istifadəyə verilən “Doctonline”, həkimlərin zamanına qənaət edən, pasientlərlə görüşünü asanlaşdıran və pulsuz veb sayt xidməti verən bir sistemdir.

Yeni məhsulun fərqli xüsusiyyətləri nələrdir?

Vaxta qənaət

Tətbiqin qəbul sistemindən istifadə edərək siz vaxtınızı telefon danışıqlarına və ya yazışmalara sərf etməyəcəksiniz. Qəbul barədə pasientə “Doctonline” tərəfindən SMS bildirişi göndərilir.

Pasientlərin rahatlığı

Pasientlər canlı növbədən qurtulmuş olacaq.

24 saat qəbullarınızın yanınızda olması

Harada olursanız olun, bütün məlumatlar əlinizin altında olacaq.

Pulsuz veb sayt

Həkimlər qeydiyyatdan keçərək və şəxsi məlumatlarını əlavə etməklər artıq qısa müddətdə veb sayta malik olacaqlar.

SMS xatırlatma

Pasientə görüş vaxtından 1 saat əvvəl xatırlatma üçün SMS bildirişi göndərilir.

Qeyd edək ki, xidmətdən həm web, həm də mobil tətbiq versiyası ilə istifadə etmək olar.

Ətraflı məlumat üçün: www.doctonline.com

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR