Azərbaycanda son sutkada 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib

Azərbaycanda son sutkada 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
# 05 dekabr 2020 16:01 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 142 323 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 nəfərdir.

Ölkədə son sutka ərzində 20 778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR