Azərbaycanda indiyədək ümumilikdə 34 219 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1838 nəfərdir.