BNA: Paytaxt yollarında sıxlıq müşahidə olunur, avtobusların hərəkətində çətinlik yaranıb

BNA: Paytaxt yollarında sıxlıq müşahidə olunur, avtobusların hərəkətində çətinlik yaranıb
# 11 dekabr 2020 18:29 (UTC +04:00)

Bakının əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində saat 15:30 radələrindən başlayaraq müşahidə olunan sıxlıq və tıxac davam edir.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu səbəbdən bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var.

Qeyd olunur ki, bəzi sürücülərin yol kəsişmələrini keçmə qaydalarına əməl etməməsi, yolun hərəkət hissəsində qeyri-qanuni parklanma halları, hərəkət zolaqlarının tələblərinin pozulması sıxlığın əsas səbəblərindədir.

Həmçinin, sabahdan bir çox iş və xidmət sahələrində fəaliyyət dayandırıldığından vətəndaşların şəxsi minik avtomobilləri ilə səyahət etməsi sıxlığı daha da artırıb.

***

16.46

Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var.

Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol

Ağa Neymətulla küçəsi

Akademik Həsən Əliyev küçəsi

Koroğlu Rəhimov küçəsi

Təbrik küçəsi

Ziya Bünyadov prospekti

Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi

Tbilisi prospekti

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR