Bank Of Baku

BNA: Şəffaf arakəsmə quraşdırılmayan taksilərə fərqlənmə nişanı verilməyəcək

BNA: Şəffaf arakəsmə quraşdırılmayan taksilərə fərqlənmə nişanı verilməyəcək
# 19 iyun 2020 10:26 (UTC +04:00)

"Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir". 

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır. 

İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək: "Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR