BŞTİ-də vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılıb

BŞTİ-də vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılıb
# 07 yanvar 2021 11:49 (UTC +04:00)

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin yanvarın 31-dək vətəndaşların qəbulunu dayandırıb.

İdarədən APA-ya verilən xəbərə görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR