Bakı və Gəncədə dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Bakı və Gəncədə dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
# 01 aprel 2021 10:26 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 aprel 2021-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat 1 aprel saat 18:00-dək aparılacaq. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR