Bakıda ibtidai sinif müəllimi koronavirusdan vəfat edib

Bakıda ibtidai sinif müəllimi koronavirusdan vəfat edib
# 18 mart 2021 14:47 (UTC +04:00)

Bakıda 39 nömrəli məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva koronavirusdan dünyasını dəyişib.

Bu barədə APA-ya məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu xəstəliyin qurbanı olub: "Bütün kollektiv adından müəllimənin yaxınlarına baş sağlığı verir,onlara səbr diləyirik. Nur içində yat, əziz Təranə müəllimə! Xatirən həmişə sevdiklərinin, şagirdlərinin qəlbində yaşayacaq! Allah rəhmət eləsin!", -deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR