Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib - VİDEO

Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib - VİDEO
# 18 yanvar 2021 16:34 (UTC +04:00)

Paytaxt Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib.

APA TV xəbər verir ki, Bakı şəhərinin bütün rayonlarında, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq payız-qış mövsümünə hazırlıq tədbirləri tamamlanıb. Əvvəlcə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, sonra isə bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb və əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Belə ki, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq, rayonlarda payız-qış mövsümünə hazırlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıq və görülən işləri yoxlayırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun sözlərinə görə, bu işlər çərçivəsində davamlı olaraq monitorinqlər keçirilib: “Mənzil-Kommunal Təsərrüfatı departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan 50-dən çox qış texnikası növbəti il cari təmir edilərək start xəttinə düzülüb. Əlavə olaraq 5000 tondan çox texniki duz vasitəsi alınıb. 24 saatlıq iş rejimi tətbiq edilib. Bütün rayonlar üzrə tərəfimizdən təhkimçi-işçi qruplar təmin edilib və mütəmadi olaraq İcra Hakimiyyətində yaradılan 24 saatlıq qərargahla mütəmadi əlaqə saxlayırlar”.

Bundan başqa, şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılıb.

Qeyd edək ki, bütün texniki təchizat vasitələri bir neçə dəfə yoxlanış prosesindən keçirilib və hava şəraitindən asılı olaraq, ictimai nəqliyyatın fəaliyyətinə çətinlik yaranmaması üçün təmizlik işlərinin gecə saatlarında görülməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR