Bakının əsas magistral yollarında sürət həddi endirilib

Bakının əsas magistral yollarında sürət həddi endirilib
# 23 dekabr 2020 09:37 (UTC +04:00)

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H. Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, - deyə BNA-nın məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR