Bu il 1896 әkiz, 69 üçәm doğulub

Bu il 1896 әkiz, 69 üçәm doğulub
  • Clock-gray 16:37
  • calendar-gray 15 Sentyabr 2020

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70390 doğulan körpә qeydә alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edir.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәm doğulanlardır.

Səlcuq Elçin

Digər xəbərlər