Bu il 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib

Bu il 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib
# 25 sentyabr 2020 19:24 (UTC +04:00)

Bu ilin ötən dövründə 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, bunun 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir.

F.Məmmədov eyni zamanda deyib ki, pandemiya dövründə həmçinin 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR