DİM əlilliyi olanlara imtahanda əlverişli şəraitin yaradılmasına dair Təlimatı təsdiq edib

DİM əlilliyi olanlara imtahanda əlverişli şəraitin yaradılmasına dair Təlimatı təsdiq edib
  • Clock-gray 10:53
  • calendar-gray 22 Yanvar 2020

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası tərəfindən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına dair Təlimat təsdiq edilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, təlimatda əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin kateqoriyaları, istifadə olunan əsas anlayışlar, imtahanda ayrı-ayrı kateqoriyalardan olan namizədlərin iştirakının təmin edilməsi məqsədilə yaradılan əlverişli şəraitin məzmunu əksini tapıb.

Təlimat DİM tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

Təlimatda imtahanda iştirak edən, əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin kateqoriyaları, istifadə olunan əsas anlayışlar, imtahanda ayrı-ayrı kateqoriyalardan olan əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə yaradılan əlverişli şəraitin məzmunu və digər məsələlər əksini tapıb.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date