Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib

Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib
# 18 yanvar 2020 15:51 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, sınaq imtahanları bu gün saat 10.00 və 15.00-da başlayıb.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 17 yanvar saat 17.00-da başa çatıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün yanvarın 10-da qeydiyyat elan edib.

Qeydiyyat yanvarın 20-dək aparılacaq.

2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı isə yanvarın 26-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR