Ümumi (9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 19 231-dir (Azərbaycan bölməsi üzrə 18 647, rus bölməsi - 584).
Qeyd edək ki, ümumi orta təhsil bazasından kolleclərə ərizələrin qəbulu fevralın 21-də başlayıb.