Dövlət sanitariya-epidemioloji xidmətinin təşkili qaydası dəyişir

Dövlət sanitariya-epidemioloji xidmətinin təşkili qaydası dəyişir
  • Clock-gray 14:05
  • calendar-gray 07 Aprel 2021

Azərbaycanda dövlət sanitariya-epidemioloji xidmətinin təşkili qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna (33-cü maddə) əsasən, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin vahid sisteminə aşağıdakılar daxildir:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş İdarəsi;

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi;

Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı gigiyena və epidemiologiya mərkəzləri;

gigiyena və epidemiologiya profilli elmi müəssisə və təşkilatları;

gigiyena və epidemiologiya profilli respublika, şəhər və rayon ixtisaslaşdırılmış mərkəzləri;

taun əleyhinə idarələr;

digər sanitariya-profilaktika idarələri.

Layihəyə əsasən, bu müddəanın aşağıdakı kimi dəyişdirilməsi təklfi olunur:

- Azərbaycan Respublikasının dövlət sanitariya nəzarəti orqanlarının və sanitariya epidemioloji xidmət müəssisələrinin fəaliyyəti tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.

Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb. Bu Fərmanın 4-cü hissəsinə əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması zərurəti yaranıb. Sözügedən Fərmanın 4-cü hissəsini (TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması) rəhbər tutaraq, həmçinin Fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsini və TƏBİB-in, tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihənin qəbul edilməsi təklif olunur. 

Firuzə Vahid

Digər xəbərlər