Gəncənin icra başçısı şəhərdə aparılan abadlıq işləri ilə tanış olub

Gəncənin icra başçısı şəhərdə aparılan abadlıq işləri ilə tanış olub
  • Clock-gray 15:25
  • calendar-gray 24 Avqust 2020

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aidiyyatı qurumların rəsmi nümayəndələri ilə birgə şəhərin bir sıra ərazilərində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub.

APA-nın xəbərinə görə, şəhər rəhbərinə məlumat verilib ki, Gəncədə abadlıq quruculuq işləri mütamadi olaraq davam edir. Şəhərin müxtəlif ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi yenilənir, yaşıllıq zolaqları bərpa edilir. Gün ərzində bir sıra ərazilərdə təmir-tikinti işləri görülür, iməciliklər təşkil olunaraq təmizlik işləri aparılır. O cümlədən bildirilib ki, indiki zamanda pandemiya qaydalarına uyğun olaraq dezinfeksiya işləri və digər qabaqlayacı tədbirlər davam etdirilir. 

 Baxış zamanı Niyazi Bayramov bəzi küçələrdə işqılandırma sistemlərinin yeniləri ilə əvəz olunmasına, səkilərin bərpasına, habelə şəhərin müxtəlif ərazilərində yerləşən dalan və ara küçələrinin asfaltlanmasına dair tapşırıqlar verib. 

Eyni zamanda  Niyazi Bayramov  şəhər sakinləri ilə görüşərək onları narahat edən məsələləri yerində dinləyib, görüşdə qaldırılan məsələlərə münasibətini bildirərək sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi bütün imkanlardan istifadə ediləcək. Sakinlər bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq, ölkədə, eyni zamanda Gəncədə vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, şəhər əhalisinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Niyazi Bayramov sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün müvafiq tədbirlərin görüləcəyini bildirib, bir daha sakinləri özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmağa, qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsinə riayət etməyə dəvət edib.

Fuad Nazimoğlu

Digər xəbərlər