Gürcüstanda son sutkada COVID-19-a 15 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada COVID-19-a 15 yoluxma qeydə alınıb
# 15 avqust 2020 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma halı qeydə alınıb.

APA-nın “1tv.ge” saytına istinadən verdiyi xəbərə görə, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 321nəfərə çatıb.

Bildirilib ki, son sutkada xəstəlikdən 3 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 1 088 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 597 nəfər karantində saxlanılır.

Koronavirusa yoluxanlardan 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR