İndiyədək Əqli Mülkiyyət Agentliyi tərəfindən 24998 ədəd nəzarət markası verilib

İndiyədək Əqli Mülkiyyət Agentliyi tərəfindən 24998 ədəd nəzarət markası verilib
  • Clock-gray 12:35
  • calendar-gray 22 Fevral 2021

“Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində digər dövlət qurumları ilə əlaqəli tədbirlər davam etdirilib, piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarına nəzarət markalarının verilməsi təmin edilib, il ərzində 500, ümumilikdə isə bu günə qədər 24998 ədəd nəzarət markası verilib”.

APA-nın xəbərinə görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin ötən ilki hesabatında qeyd edilib. 

Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olmuş 11 yazılı müraciətə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları isə aidiyyəti qurumlara göndərilib. 

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər