“KamAZ” sürücüsünün tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır - RƏSMİ

“KamAZ” sürücüsünün tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır - RƏSMİ
  • Clock-gray 22:06
  • calendar-gray 21 Dekabr 2020

“Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb. 

Bu barədə APA-ya DİN Mətbuat Xidmətindən məlumat görə, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “KamAZ” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb. Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci  (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub. 

Vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir.

 

apa-logo-mini

Digər xəbərlər