Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb
# 14 iyul 2020 16:46 (UTC +04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildiirilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR