Kürdəmirdə dönər evində nöqsanlar aşkarlanıb

Kürdəmirdə dönər evində nöqsanlar aşkarlanıb
  • Clock-gray 15:05
  • calendar-gray 02 Mart 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Kürdəmir rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Tofiqzadə Cavidan Asif oğluna məxsus “Dadım” dönər evində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı dönərxananın daimi isti və soyuq su, mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə təchiz edilmədiyi, qapaqlı tullantı qablarından istifadə olunmadığı, işçi masalarının gigiyenik səthə malik olmadığı aşkarlanıb. Eyni zamanda müəssisədə vaxtaşırı təmizlik işlərinin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Günay Elşadqızı

Digər xəbərlər