Mingəçevirdə ruhi xəstə anasını çəkiclə öldürüb - RƏSMİ

Mingəçevirdə ruhi xəstə anasını çəkiclə öldürüb - RƏSMİ
  • Clock-gray 16:40
  • calendar-gray 02 Yanvar 2021

Yanvarın 1-də saat 15.00 radələrində Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızının yaşadığı ünvanda meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq  əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Afaq Əhmədovanı Mingəçevir şəhər rayonlararası Əsəb-ruhi dispanserində “paranoid şizofreniya” xəstəliyi diaqnozu ilə qeydiyyatda olan oğlu, 1981-ci il təvəllüdlü Əhmədov İslam Yaşar oğlu tərəfindən aralarında yaranmış münaqişə zəminində çəkiclə vuraraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. 

İslam Əhmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər