Məişət zorakılığına məruz qalanların onu etiraf edə bilməsi üçün etibarlı şərait yaradılacaq

Məişət zorakılığına məruz qalanların onu etiraf edə bilməsi üçün etibarlı şərait yaradılacaq
# 27 noyabr 2020 17:59 (UTC +04:00)

Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası qaydası məlum olub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.

Fəaliyyət Planına əsasən, məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası məişət zorakılığı ilə mübarizə sahəsində əsas strategiyalardan biridir.

Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası aşağıdakı tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşdırılacaq:

- məişət zorakılığına məruz qalan şəxslərin onu etiraf edə bilməsi üçün etibarlı şərait yaradılması yolu ilə, zərər çəkmiş şəxslərin yaranmış vəziyyətlə bağlı susmasının qarşısının alınması və zorakılığın təkrarlanması riskinin azaldılması;

- məişət zorakılığından zərər çəkmiş şəxslərə və onların uşaqlarına dəstək mərkəzləri yaradılmasının və psixoloji reabilitasiya kurslarının təşkilinin təmin edilməsi;

- məişət zorakılığı törətmiş şəxslərlə psixoloji reabilitasiya işi apararaq, zorakılığın təkrarlanmamasına və onların öz zorakı əməllərinə görə məsuliyyət hiss etmələrinə nail olunması.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR