Mərkəzi Elmi Kitabxanada Nəsiminin 650 illiyinə həsr olunan II beynəlxalq elmi konfrans keçirilib

Mərkəzi Elmi Kitabxanada Nəsiminin 650 illiyinə həsr olunan II beynəlxalq elmi konfrans keçirilib
  • Clock-gray 11:35
  • calendar-gray 09 Dekabr 2019

Dekabrın  9-da Mərkəzi Elmi Kitabxanada "Ey Nəsimi, cahanı tutdu sözü..." adı altında Nəsiminin 650 illiyinə həsr olunan II beynəlxalq elmi konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti Ramiz Mehdiyev, vitse-prezident İsa Həbibbəyli, institut direktorları və xarici qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Nəsiminin 650 illiyi ilə əlaqədar il ərzində ayrı-ayrı qurumlar tərəfindən, həmçinin AMEA-nın müxtəlif tədbirləri həyata keçirilib. Onun sözlərinə görə, AMEA-nın ictimai və humanitar institutları Nəsiminin həyat və yaradıcılığına həsr olunan elmi konfranslar keçirib  və bir çox kitablar çap olunub:

"Sovet İttiqfaqı zamanı Nəsimiyə həsr olunan cəmi 3 kitab çap edilmişdi. Sonradan ölkədə Nəsimiyə həsr olunan bədii əsərlər yaranmışdı. Qabilin "Nəsimi" poeması, İsa Hüseynovun "Məşhər" əsərlərini göstərmək olar. Bunlar Nəsimini daha dərindən tanıtmaqda rol oynayıb. İsa Hüseynovun ssenarisi əsasında çəkilmiş "Nəsimi" filmi isə Nəsimini daha yaxşı tanıdıb. Prezidentin sərəncamı ilə Nəsiminin 650 illiyinin qeyd olunması onu daha dərindən öyrənmək və digər dillərə tərcümə olunaraq dünyaya çatdırmaq istiqamətində böyük rol oynadı".

İ.Həbibbəyli qeyd edib ki, il ərzində AMEA tərəfindən Nəsimiyə həsr olunan 20 kitab çap olunub  və ilin sonuna kimi bu say artacaq:

"Çapda olan kitablar var. Eyni zamanda, AMEA-nın iştirakı ilə Nəsimiyə həsr olunan kitablar italyan, bolqar, çex, qazax, özbək, ümumilikdə 11 dildə çap olunub. Ona müqəddimələr, şərhlər yazılıb".

Vitse-prezidentin sözlərinə görə, Azərbaycan klassik ədəbiyyatında Nəsimi yeni roldur:

"Nəsimi Nizamidən sonra Füzulidən əvvəlki ən böyük ədəbiyyat zirvəsidir. Bildirim ki, bugübkü tədbirlə AMEA tərəfindən Nəsimi ilinə həsr olunan tədbirlərə yekun vurulur".

Daha sonra  çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov İ.Nəsiminin həyat və yaradıcılığından söz açıb. O, Nəsimiyə həsr olunan tədbirlərdən, onun yaradıcılığının vacibliyindən danışıb.

Tədbir məruzələrlə davam etdirilib.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date