Naxçıvanda sağlamlıq haqqında arayışın qiyməti müəyyənləşib

Naxçıvanda sağlamlıq haqqında arayışın qiyməti müəyyənləşib
  • Clock-gray 10:50
  • calendar-gray 13 Fevral 2021

Naxçıvanın Nazirlər Kabineti “İcbari Tibbi Sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin haqqının müəyyənləşdirilməsi barədə qərar verib.

APA xəbər verir ki, qərara əsasən, “İcbari Tibbi Sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi xidmətlərdən “sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq haqqında arayış” üçün 30 manat, “digər sağlamlıq haqqında arayışlar” üçün 15 manat məbləğində xidmət haqqı müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Günay Elşadqızı

Digər xəbərlər