Nazir: "X-XI siniflərdə əyani dərslərin bərpası bizim davranışımızdan asılıdır"

Nazir: "X-XI siniflərdə əyani dərslərin bərpası bizim davranışımızdan asılıdır"
# 18 mart 2021 17:28 (UTC +04:00)

“Ali təhsil müəssisələri hazırda qismən də olsa açıqdır”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

X-XI siniflərdə dərslərin nə vaxt açılacağı məsələsinə gəldikdə isə, nazir deyib ki, pandemiyadan asılı olaraq bu məsələyə də çalışacaqlar: “Bu, bizim davranışımızdan asılıdır. Novruz bayramından sonra rəqəmlərə baxmalıyıq və Operativ Qərargahın müvafiq qərarını gözləməliyik. Xahişim budur ki, sosial mediadakı şayiə xarakterli məlumatlara inanılmasın, Təhsil Nazirliyinin, Operativ Qərargahın rəsmi məlumatları əsasında həyatınızı planlaşdırasınız”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR