Nazirlər Kabineti peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayacaq

Nazirlər Kabineti peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayacaq
# 24 iyul 2020 15:52 (UTC +04:00)

Nazirlər Kabineti peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə dair təkliflər hazırlayacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Nazirlər Kabineti peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR