Operativ Qərargah: Hətta rəsmi ezamiyyələr çərçivəsində səfərlər belə yoluxma sayına təsir göstərir

Operativ Qərargah: Hətta rəsmi ezamiyyələr çərçivəsində səfərlər belə yoluxma sayına təsir göstərir
# 15 avqust 2020 11:17 (UTC +04:00)

“Rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: “Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR