Prezidentin köməkçisi: “Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır”

Prezidentin köməkçisi: “Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır”
# 03 iyul 2020 18:44 (UTC +04:00)

“İcbari tibbi sığorta tətbiq olunmayan rayonlarda xəstəxanaların doluluq faizi 20-30 faiz olub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu xəstəxanalarda pandemiya ilə bağlı doluluq 70-80 faizə çatanda problemlər yaşanır və bu da təbiidir: “Biz bu problemləri aradan qaldırırıq və bu sahədə işlər davam edir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, hər hansı xəstənin süni tənəffüs aparatına qoşulması ilə bağlı problem yaşana bilməz: “Bəzən özəl tibb müəssisələrində xəstədə buzlu görüntü çıxır və evə özünü müalicə etməyə gedir. Proses gecikir və xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olur. Ağciyərin bəzən 90 faizi zədələnmiş olur. Özəl tibb müəssisələrindəki həmkarlarımız da daha məsuliyyətli olmalıdırlar. Bizim xəstəxanaların hansındasa qüsur olanda da aradan qaldırılır”.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə nəzərə çatdırıb ki, xəstəxanalardakı problemlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır və araşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR