Probasiya qurumları tərəfindən təqdimatı verilmiş 75 məhkum cəza çəkməkdən azad edilib

Probasiya qurumları tərəfindən təqdimatı verilmiş 75 məhkum cəza çəkməkdən azad edilib
  • Clock-gray 12:19
  • calendar-gray 26 Avqust 2020

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə 01.05.2020-ci il tarixli qanunla edilən çoxsaylı dəyişikliklər cəzanı icra edən müəssisə və orqanlar qarşısında mühüm vəzifələr qoyub. Müvafiq qanunun icrası və onun tətbiqi ilə əlaqədar ölkə başçısının 22 may 2020-ci il tarixli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Ədliyyə Naziri tərəfindən əhatəli əmr imzalanıb və burada konkret tədbirlər müəyyənləşdirilib. 

APA-nın məlumatına görə, bunu Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, həmin əmrin icrası ilə bağlı müvafiq Qanunun düzgün və mütəşəkkil təşkili, zəruri metodiki köməkliyin göstərilməsi məqsədilə Probasiya Xidmətində İşçi Qrup yaradılıb, yerlərə göstərişlər ünvanlanıb: “Qısa müddətdə Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi məqsədilə yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların şəxsi işlərinin, barələrində qəbul edilmiş hökmlərin diqqətlə öyrənilməsi təmin edilib. Bundan sonra hazırda cəza çəkən şəxslərin vəziyyəti yeni qanunla hər hansı şəkildə yaxşılaşdırılsa, həmin məsələlərə baxılması məqsədilə məhkəmələrə təqdimatlar verilməsinə başlanıb. 01 avqust 2020-ci il tarixinə yerli probasiya qurumları tərəfindən məhkəmələrə 230-dan çox təqdimat verilib, onlardan 84-ə baxılıb, 75 məhkum cəza çəkməkdən azad edilib”. 

Günay Elşadqızı

Digər xəbərlər