“Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası təqdim edilib

“Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası təqdim edilib
# 01 dekabr 2020 07:54 (UTC +04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası hazırlanıb.

Milli Kitabxanadan APA-ya verilən məlumata görə, elektron məlumat bazası “Tarixi”, “Görkəmli şəxsiyyətləri”, “Mədəni irsi”, “Qarabağın incisi – Şuşa”, “Kitablar”, “Məqalələr”, “Azərbaycan Milli Kitabxanasının nəşrləri”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur. Elektron məlumat bazasında yerləşdirilən materiallar tam mətni ilə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR