Ramin Bayramlı: “Qısa müddətdə koronaviruslu xəstələrin evdə müalicəsinə başlayacağıq”

Ramin Bayramlı: “Qısa müddətdə koronaviruslu xəstələrin evdə müalicəsinə başlayacağıq”
  • Clock-gray 20:21
  • calendar-gray 18 İyun 2020

“Koronavirus xəstələrinin evdə müalicəsinin tətbiqinə qısa müddətdə başlayacağıq”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ola bilər ki, sabahdan bunun tətbiqinə başlanılsın, hazırlıq işləri görülür: “Söhbət o şəxslərdən gedir ki, xəstənin heç bir simptomu yoxdur və ya simptomu çox zəifdir. Təbii ki, həmin şəxsləri poliklinika da müşahidə altına alır. Dünyada hətta orta ağır xəstələr də evdə müalicə olunur. Biz orta ağır və üzəri bütün risk qrupu olan, 45 yaşdan yuxarı şəxsləri xəstəxanaya gətirəcəyik. 45 yaşdan aşağı simptomu zəif olan xəstələr evdə müalicə olunacaq. Poliklinikalarda xüsusi elektron xidmət tətbiq olunacaq. Poliklinikalar gündə 2 dəfə müxtəlif vaxtlarda zəng edəcək, alqoritmlərə uyğun suallar ünvanlayacaqlar. Həmin suallara verilən cavablara əsasən qrafiklər üzərində xəstələrin xəstəliyinin gedişatı barədə məlumatımız olacaq. İki həftə müddətində onlar simptomsuz şəkildə olsalar, müalicələrini evdə davam etdirəcəklər”.

Günay Elşadqızı

Digər xəbərlər