Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”

Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”
# 05 avqust 2020 15:38 (UTC +04:00)

“Sənədlərdən daha çox, onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bu qanun layihəsi məşğul əhalinin sayının artırılmasına hesablanmalıdır: “Deputat seçildiyim rayondan mənə edilən müraciətlərdə onlarla insan bildirir ki, məşğulluq idarəsi onları qeydiyyata almır. Bu işdə qeydiyyatın elektronlaşması da müsbətdir, amma rayon yerində bir çox insan bunu edə bilmir. Bu qanun layihəsinə təklif edilən dəyişikliklərlə bir çox bürokratik əngəllər aradan qaldırılır. Ancaq bu dəyişikliklərlə yenə də əhalinin müəyyən qismi diqqətdən kənar qalacaq. Rayonlarda müvafiq qurumlarda çalışan insanların münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir. Burada ciddi işlərə ehtiyac var. İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR