Sentyabrın 21-dən rezidenturaya ixtisas seçimi başlayır

Sentyabrın 21-dən rezidenturaya ixtisas seçimi başlayır
# 19 sentyabr 2020 11:44 (UTC +04:00)

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR