Səhiyyə nazirinin müavini: Azərbaycana “AstraZeneca” şirkətinə məxsus 84 000 doza vaksin gətirilib

Səhiyyə nazirinin müavini: Azərbaycana “AstraZeneca” şirkətinə məxsus 84 000 doza vaksin gətirilib
# 04 aprel 2021 10:10 (UTC +04:00)

Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətrilib.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR