Təhsil Nazirliyi hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirib

Təhsil Nazirliyi hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirib
  • Clock-gray 16:36
  • calendar-gray 21 Yanvar 2021

“İlin bu vaxtında sinifdə qalmaq yoxdur, sinifdə qalmaq ilin sonunda müəyyən olunur. Hazırda bu qiymətləndirmə yarımillik qiymətləndirmədir”. 

APA-nın məlumatına görə, bunu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları” barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, əgər şagirdin biliyi qiymətləndirilməsə, 4 və daha çox fəndən “2” alsa, ilin sonunda da belə olsa, həmin uşaq sinifdə qalacaq.

 

apa-logo-mini

Digər xəbərlər