Bank Of Baku

ÜST ekspertləri Bakı və regionlardakı karantin xəstəxanalarına səfər edəcəklər

ÜST ekspertləri Bakı və regionlardakı karantin xəstəxanalarına səfər edəcəklər
# 09 mart 2020 20:08 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib. 

TƏBİB-dən APA-ya bildirilib ki, görüşdə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində görülən tədbirlər və ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib. 

Həmçinin, tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, hospitalların hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR