“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilir

“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilir
  • Clock-gray 17:11
  • calendar-gray 14 Sentyabr 2020

Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı  146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı  və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

Qeyd edək ki, yeni xidmət  I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.

Günay Elşadqızı

Digər xəbərlər