Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib
# 30 mart 2020 20:21 (UTC +04:00)

Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.

Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR