Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə taksi fəaliyyətinə icazə veriləcək

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə taksi fəaliyyətinə icazə veriləcək
# 08 dekabr 2020 16:47 (UTC +04:00)

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ictimai nəqliyyat və taksi xidmətlərinin fəaliyyətinə icazə veriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır.

Qeyd edək ki, fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçilərinin fəaliyyətinə məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR