Birinci vitse-prezidenti Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib

Birinci vitse-prezidenti Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
  • Clock-gray 12:24
  • calendar-gray 13 Oktyabr 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qalib olması münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, təbrik  Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində yerləşdirilib.

Təbrikdə qeyd edilib ki, yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər: “Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”.  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date