Coğrafiya İnstitutu ölkədə 60% quraqlıq müşahidə olunduğunu açıqlayıb

Coğrafiya İnstitutu ölkədə 60% quraqlıq müşahidə olunduğunu açıqlayıb
# 21 oktyabr 2019 18:33 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov son dövrlər Azərbaycanda 60% quraqlığın müşahidə olunduğunu bildirib.

APA-nın xəbərinə görə, UNEC-də “Elm həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən akademik deyib ki, Azərbaycanda su təhlükəsizliyi qlobal miqyasda başlıca problemlərdən biridir.

“Azərbaycanda su ehtiyatlarının və yeni su mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir”, - deyə R. Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR