Dövlət sifarişi ilə ali məktəblərdə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30%-dək artırılacaq

Dövlət sifarişi ilə ali məktəblərdə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30%-dək artırılacaq
# 18 oktyabr 2019 17:48 (UTC +04:00)

2020-ci ildə təhsil xərcləri üçün ayrılan vəsaitin ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, həmçinin İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və onun tərkibində Tədris-Simulyasiya Mərkəzinin yaradılmasının maliyyə təminatı üçün 45,8 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2019-cu illə müqayisədə 7,9 milyon manat və ya 20,8 faiz çoxdur.

2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 3,3 milyon manat və ya 14,7 faiz çoxdur.

Qeyd edək ki, gələn il təhsil xərcləri üçün büdcədən 3 milyard 155 milyon 800 min manat vəsait ayrılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR