Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB
  • Clock-gray 21:05
  • calendar-gray 13 Sentyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yenidənqurma tədbirləri barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq Sərəncamına əsasən Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin, Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.

Paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturları formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib, müəyyən qisim yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər və ləngimələr aradan qaldırılıb, bəzi yolların buraxılış qabiliyyəti artırılıb, yoldan istifadə asanlaşıb, paralel yeni yollar açılıb və sair irəliləyişlərə nail olunub. Ümumilikdə, 2003-cü ildən bəri respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Bunun 500 kilometrdən çox hissəsi 2019-cu ilin 8 ayında reallaşdırılıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb.

***

Saat 12:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib - YENİLƏNİB">
apa-logo-mini

Digər xəbərlər

Arxiv

date