Zaqatalanın polis rəisi təqaüdə göndərilib

Zaqatalanın polis rəisi təqaüdə göndərilib
# 15 avqust 2019 21:49 (UTC +04:00)

Zaqatala rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR