Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb
# 09 may 2019 09:04 (UTC +04:00)

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

ONA-nın məlumatına görə, UEFA yarımfinalın cavab oyunlarından sonra bu ada iddia edən dörd futbolçunu seçib.

Bunlar Jorjinyo Veynaldum, Trent Aleksandr-Arnold (hər ikisi “Liverpul”), Lukas Moura və Mussa Sissokodur (hər ikisi “Tottenhem”).

Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək. Mükafatın qalibi sabah açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR