Faiq Qarayev: “Bu orden tək mənim deyil, hamımızın uğurudur”

Faiq Qarayev: “Bu orden tək mənim deyil, hamımızın uğurudur”
# 30 oktyabr 2019 14:11 (UTC +04:00)

“Cavid müəllim 15 il dedi, amma bizim dostluğumuz 19 ildir davam edir. O, mənə hər zaman "qardaşım" deyir, bu, mənim üçün layiqli sözdür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda idmanının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan təcrübəli mütəxəssis təqdimetmə mərasimində çıxış edib: “Komandanı yığaraq dedim ki, bu orden tək mənim deyil, hamımızın uğurudur. Rəhmətlik atam məni voleybola qoymurdu, deyirdi bu idman növü sənə nə verəcək? Orden alandan sonra onun məzarını ziyarətə gedərək, təşəkkür etmişəm. Artıq Azərbaycanda tanınmış məşqçiyəm. Cənab Prezident mənə zəng vurdu. Bu, mənim üçün böyük hadisədir. Onunla danışandan sonra güclü bir adam oldum, iki gün özümə gələ bilmədim. Həmin bir zəng həyatımı dəyişdi. Onun sözləri insana elə güc verir ki, yaşamaq, çalışmaq istəyirsən. Möhtərəm Prezidenti təşəkkür edirəm. Hər zaman idmana xüsusi diqqət göstərir”.

F.Qarayev həyatında AVF-in prezidenti Cavid Qurbanovun rolunun da olduğunu vurğulayıb: “Mənim həyatımda Cavid Qurbanovun böyük yeri olub. Heç voleybolda olmayanda, klub və federasiya rəhbəri kimi çalışmayanda da böyük dəstək verib. Bu gün federasiyada hər bir sahəyə xüsusi diqqət yetirilir, yeni voleybolçu və məşqçi nəsli yetişir. Göstərilən bu diqqətin nəticəsini 2-3 ilə görəcəyik. Azərbaycanda voleybol çox sevilir. Hər kəsə, ilk növbədə cənab Prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, tədbirin sonunda AVF-in Rəyasət Heyətinin adından qurumda çalışan Zöhrab Gözəlbəyli, Oqtay Musayev, Nərgiz İsmayılova, Rafiq Rəsulov və Nona İsmayılova yubileyləri münasibəti ilə xüsusi diplomla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR